Musiqi
Musiqi

Madonna və Beyons bir arada

Madonna və Beyons bir arada

Məşhur müğənni Beyons “Renessans” dünya turnesi çərçivəsində ABŞ-ın Nyu-Cersi ştatında səhnəyə çıxıb.

OLAY yazır ki, məşhur mahnılarını ifa edən Beyonsu dinləməyə gələnlər arasında dünya şöhrətli müğənni Madonna da olub. O, konsertə 3 qızı ilə birgə qatılıb. 

Məşhur ikili konsertdən sonra səhnə arxasında çəkdirdikləri xatirə şəklini sosial media səhifələrində paylaşıblar. 

Madonna paylaşımına "Möhtəşəm şouya görə təşəkkür edirəm. Qızlarım heyran oldu. Səni sevirik" sözlərini yazıb.