Müğənni Britni Spirs çapına hazırlaşdığı "İçimdəki qadın" kitabından anası və bacısı haqqında xoşagəlməz hissələri çıxarıb.
OLAY yazır ki, Britni Spirs atasının himayəsində olanda anası və bacısının ona olan rəftarına görə küsmüş və kömək etmədiklərinə görə qəzəblənmişdi.
İndi isə bir insayderin dediyinə görə, o, hər şeyi unudub və xatirələrindən ən sərt hissələri silmək qərarına gəlib. Bu, münasibətləri bərpasına kömək edəcək.