Müğənni Britni Spirsin “İçimdəki qadın” memuarının satışa çıxma tarixi 4 ay gecikəcək.
OLAY yazır ki, buna səbəb müğənninin keçmiş sevgililəri Kolin Farrell və Castin Timberleykin kitabda onlar haqda xatirələrin yer almasını istəməmələridir.
Hətta Kolin və Farrellin vəkilləri məsələ ilə bağlı hüquqi prosesi də başladıblar.
42 yaşlı Timberleyk və 47 yaşlı Farrelin nümayəndələri “İçimdəki qadın” adlı kitabın məzmununu öncədən oxumağı tələb ediblər.
Onların vəkilləri kitabdan bəzi hissələr nəşr olunmazdan əvvəl çıxarılmasa, Britni Spirsi məhkəməyə verəcəklərini bildiriblər.
Nəyin çıxarılmalı və nələrin qala biləcəyi ilə bağlı müzakirələr getdiyindən kitabın nəşri dörd ay gecikəcək.