Musiqi
Musiqi

Tatlisesin qızı polis idarəsinə aparıldı

Tatlisesin qızı polis idarəsinə aparıldı

İbrahim Tatlısesin qızı Dilan Çıtak Tatlıses Bodruma getmək üçün dünən İstanbul Hava Limanına gəlib. Uçuşdan əvvəl telefonla danışan məşhuru sərnişinlərdən biri çiynindən çəkərək sərt xəbərdarlıq edib.

OLAY yazır ki, onlar arasında başlayan mübahisəyə digər sərnişinlər də qoşulub. 

Dilan polisə ifadəsində bildirib ki, təyyarədə onu və köməkçisini təhqir ediblər. Onları əxlaqsız və tərbiyəsiz adlandırıblar. 

İbrahim Tatlısesin qızı onların üzərinə hücum çəkən şəxslərə əllərində olan əşyaları atmaq məcburiyyətində qaldıqlarını da bildirib.