Məşhur müğənni Orhan Gencebay həyat yoldaşı ilə restoranda şam etdikdən sonra gəmi ilə evə bədbəxt hadisə baş verib.
OLAY yazır ki, evlərinə yaxın limana gələn ifaçı gəmidən enərkən yıxılıb.
Gencebay daha sonra xəstəxanaya yerləşdirilib.
"Allah məni qorudu. Hazırda yaxşıyam" - deyə sənətçi açıqlama edib.
Hadisənin baş vermə anı barədə isə Orhan Gencebayın həyat yoldaşı Sevim Emre danışıb:
"Gəminin kənarında dayanmışdıq. Orhan bəy tələsdi və betonun üzərinə yıxıldı. Bədəni əzilib. Korsetdən istifadə edir. Həkimlər bir neçə günə normal həyata qayıda biləcəyini deyiblər".