Xalq artisti Zülfiyyə Xanbabayeva Avroviziya Uşaq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Sona Əzizovaya dəstək nümayiş etdirib.
OLAY yazır ki, Sonanın ifasını paylaşan müğənni izləyicilərini ölkəmizə səs verməyə çağırıb. O, həmçinin, paylaşıma bu sözləri yazıb:
"Sona qızımız, əminəm ki, Azərbaycanı layiqincə təmsil edəcəksən. Uğurlar".
Qeyd edək ki, Uşaq Avroviziya- 2021 mahnı müsabiqəsi dekabrın 19-u Fransada keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı “Imagine”-dir (Xəyal Et).