Fotosessiya
Fotosessiya

Sona səhnəyə bu geyimdə çıxacaq - Video

Sona səhnəyə bu geyimdə çıxacaq - Video

Azərbaycanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində təmsil edən Sona Əzizova Parisə yollanıb.

OLAY yazır ki, o, yarımfinaldan öncə ilk səhnə məşqini edib.  “One Of Those Days” adlı lirik mahnını səsləndirən Sona səhnəyə ağ uzun libasda çıxıb. O, mahnını həm Azərbaycan, həm də ingilis dilində səsləndirib. Sonanın videosu yarışmanın yutub kanalında yayımlanıb.

Qeyd edək ki, Uşaq Avroviziya- 2021 mahnı müsabiqəsi bu il dekabrın 19-u Fransada keçiriləcək. 19 ölkənin iştirak etdiyi müsabiqənin rəsmi şüarı “Imagine”-dir (Xəyal Et).