Musiqi
Musiqi

Omba əməliyyatı etdirən Kirkorov tamamilə dəyişdi

Omba əməliyyatı etdirən Kirkorov tamamilə dəyişdi

Rusiyalı məşhur müğənni Filipp Kirkorov imicində dəyişiklik edib.

OLAY yazır ki, fanatlarının təəccübünə səbəb olan ifaçı yeni fotosunu "İnstagram" hesabında yayımlayıb. 

Fotolarda 56 yaşlı müğənni köynək və şortdan ibarət parlaq yaşıl naxışlı kostyumda olub. Bundan əlavə, sənətçi yeni sarı qısa saç düzümü nümayiş etdirib. O, görünüşünü gün eynəyi və ona uyğun papaqla tamamlayıb.

Pərəstişkarları paylaşımın altındakı şərhlərdə məşhurun görünüşünü bəyəndiklərini yazıblar.

Qeyd edək ki, Kirkorov bir neçə ay öncə plastik əməliyyat etdirmişdi.