Müğənni Yıldız Tilbe İstanbul da konsert programı ilə çıxış edib.
OLAY yazır ki, ifaçı konsertinə məşhur "Delikanlım" mahnısı ilə başlayıb.
Bir müddət öncə saçlarını kəsdirən Tilbe səhnədə parikini çıxarıb. Onun bu hərəkəti tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
"Saçlarımı bəyəndiniz? Saçlarım, qaşlarım çox gözəldir, Allaha şükür. Saçlarım ağarıb. Parik taxanda 35, taxmayanda 60 yaşında görünürəm. Şükürlər olsun" - deyə Yıldız Tilbe tamaşaçıları güldürüb.