Musiqi
Musiqi

10 illik həyat yoldaşından ayrılıb ingilis dili müəllimi ilə sevgili oldu

10 illik həyat yoldaşından ayrılıb ingilis dili müəllimi ilə sevgili oldu

10 illik həyat yoldaşı Fatoş Yellilərdən ayrılan müğənni Berdan Mardini axtardığı sevgini ingilis dili müəllimi Dilara Talayda tapıb.

OLAY yazır ki, sosial media hesabında sevgilisi ilə fotolarını paylaşan Mardini "Hər şey gözəldir, Allah ürəyimizə görə verir" sözlərini yazıb. 

Mardininin paylaşımına müğənni Ceylan "Maşallah, çox yaraşırsınız" - deyə müsbət rəy bildirib. Buna baxmayaraq istifadəçilər Dilaranın yaşına diqqət çəkərək "Bu qız çox gənc deyilmi?" şərhini yazıblar. 

44 yaşlı Berdan Mardini sevgilisi haqda deyilənlərə səssiz qalıb.