Musiqi
Musiqi

Özündən 43 yaş kiçik sevgilisi ilə evlənir

Özündən 43 yaş kiçik sevgilisi ilə evlənir

Bu ay 80 yaşı tamam olan "Rolling Stones" qrupunun solisti Mik Caqqer 36 yaşlı xoreoqraf və keçmiş balet rəqqasəsi Melani Hamriklə evlənir.

OLAY yazır ki, ötən həftə Melani barmağında nişan üzüyü ilə görüntülənib. 

Xoreoqrafa yaxın mənbələr onun ailə qurmağa hazırlaşdığını təsdiqləyiblər.

Hamrik bu yaxınlarda Nyu Yorkdakı Amerika Balet Teatrında dostları ilə birlikdə olub və hamıya nişanlandığını bildirib.

Qeyd edək ki, Melani və Mik doqquz ildir ki, birlikdədirlər. Onların altı yaşında oğlu övladları var.