Musiqi
Musiqi

Yay istirahəti ilə bağlı planı bəlli oldu

Yay istirahəti ilə bağlı planı bəlli oldu

İsraildə yaşayan Rusiya estradasının Primadonnası Alla Puqaçovanın yay istirahətini harada edəcəyi bəlli olub.

OLAY yazır ki, Puqaçova tətil üçün Yurmalaya getməyi planlaşdırır.

Primadonna istirahətdən əlavə, iyulun 26-30-da "Dzintari" konsert zalında keçirilməsi planlaşdırılan Layma Vaikulenin "Laima Rendezvous Jurmala" festivalında iştirak edəcək.

Seçim Puqaçovanın iqlimdəki üstünlükləri ilə müəyyən edilib. Aralıq dənizinin isti havası ona Baltik dənizinin sərinliyindən daha pis təsir edir.