Musiqi
Musiqi

Fərhad Əliyevin qızı da müğənniliyə başladı

Fərhad Əliyevin qızı da müğənniliyə başladı

Avroviziya təmsilçimiz  Safura Əlizadənin həyat yoldaşı Fərhad Əliyevin birinci evliliyindən olan qızı Aliyə ifaçılığa başlayıb.

OLAY yazır ki, özünü Lexa adı ilə təqdim edən Aliyə bəstəkar Emin Sabitoğlunun “Əlvida” adlı bəstəsini fərqli aranjımanda ingilis dilində səsləndirib.

Gənc müğənni bu ifasına İçərişəhərdə klip çəkdirib. 

Qeyd edək ki, Aliyə mərhum nazir Natiq Əliyevin oğlu olan F. Əliyevin Sara Əliyeva ilə nikahından dünyaya gəlib. 

F. Əliyevin Safura ilə evliliyindən 3 övladı var.