“Bu il qızım Məryəm universitetə sənədlərini verib. ADA-ya qəbul olmaq istəyir”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev “Bağ havası” proqramında söyləyib.
“Bütün övladlara xoşbəxtlik arzu edirəm”, - deyə, Elton bildirib. Bundan əlavə, o, müğənnilərin musiqiçilərə daim borclu olduğunu qeyd edib:
“Mənim ansamblımda hər biri bir sənətkardır. Bütün ifaçılar musiqiçilərə borculudurlar. Biz onlardan asılıyıq. Sürdükləri maşına, yaşadıqları yaxşı həyata görə onlara borcludurlar. Buradan sözümü deyirəm. Kiminsə haqqını yeyirsiz yeyin, amma musiqiçilərin yox. Onların hesabına yaxşı adam olmusunuz. Haram tikə heç kimin boğazından keçməyib”.