Müğənnilər Çingiz Mustafayev və Günay İbrahimli uzun müddət sonra bir araya gəlib.
OLAY yazır ki, bu barədə Çingiz özü instaqramda məlumat yayıb.
O, İbrahimli ilə “Saçlarına gül düzüm” mahnısını ifa etdiyi anları paylaşaraq bu sözləri yazıb:
“Ən son 16 il öncə "Yeni Ulduz 7" müsabiqəsində bir səhnəni paylaşmışdıq. 16 il sonra təsadüfən görüşüb, o illəri xatırladıq”.