Musiqi
Musiqi

“Kasıb ailədən çıxmışam, indi də milyonlar qazanmıram”

“Kasıb ailədən çıxmışam, indi də milyonlar qazanmıram”

Tanınmış reper Paster (Pərviz Quluzadə) “Kəllə-kəlləyə” layihəsindən olan fotosunu paylaşıb.

OLAY yazır ki, sənətçi iki il öncə çəkilən fotosuna bu şərhi yazıb.

“Mən kasıb ailədən, kasıb məhlələrdən çıxmışam. İndi də milyonlar qazanmıram. Mən sadəcə döyüşcüyəm, hər gün üçün döyüşürəm, hər yeni bir sabah yeni bir şansdı mənim üçün. Mən həyatım boyu “battle”dayam”.

Qeyd edək ki, “Kəllə-Kəlləyə” rep layihəsi yenidən start götürür. 4 “battle”ı əhatə edən növbəti yarışda 8 sənətçi - Epi, F'rhyme, Bekh!, Xəzan, Yap10, Noton, Aintnolie və Dadash öz qabiliyyətlərini nümayiş etdirəcək.