Musiqi
Musiqi

İkinci dəfə ayrıldılar

İkinci dəfə ayrıldılar

Müğənnilər Kamila Kabello və Şon Mendes yenidən ayrılıb.

OLAY yazır ki, bu barədə “The Sun” məlumat yayıb. Bildirilir ki, cütlük münasibətlərinə yenidən şans verməyin bir xəta olduğunun fərqinə varıblar.

Qeyd edək ki, ifaçılar 2019-cu ildən sevgi münasibəti yaşayırdı. Onlar ilk dəfə 2021-ci ilin noyabrında ayrılıblar. Kamila ayrılıqdan sonra biznesmen Ostin Kevişlə eşq yaşayırdı, Şonun adı isə 51 yaşlı həkim Coselayn Mirando ilə hallanırdı.

Sevgililər yenidən bu ilin aprelində “Coachella” festivalında bir araya gəlib, öpüşərək barışmışdılar.