Musiqi
Musiqi

Gürcü kanalında “Ay Laçın”ı oxudular

Gürcü kanalında “Ay Laçın”ı oxudular

Gürcüstanın Birinci Kanalı Azərbaycan xalq mahnısı “Ay Laçın”ı yayımlayıb.

OLAY yazır ki, musiqi parçası “Ranina” televiziya uşaq müsabiqəsinin efirində baş solist Anastasiya Vasadze ifasında Azərbaycan dilində səsləndirilib.

Qeyd edək ki, “Ranina” şousunun efirində ilk dəfə deyil ki, Azərbaycan mahnıları səslənir. Bir müddət əvvəl verilişin iştirakçılarından biri Xalq artisti Polad Bülbüloğlunun “Aman, aman ayrılıq” mahnısını ifa etmişdi.