Musiqi
Musiqi

Abbas o müğənniləri hədəf aldı

Abbas o müğənniləri hədəf aldı

“Mən özümə nə yaxşı, nə də pis ifaçı deyirəm. Bilmirəm hansı kateqoriyaya aidəm. Onu tamaşaçı müəyyən edir. Məni sevməyənlərə də normal baxıram”. 

OLAY yazır ki, bu sözləri müğənni Abbas Bağırov “Şou xəbər” proqramına açıqlama verərkən deyib.

Sənətçi gündəmdə olan bəzi ifaçıları şəxsləri tənqid edib:

“İndiki zamanda musiqini əzən, onu hörmətsizcəsinə aşağılayan ifaçılar var. Çox təəssüflənirəm ki, niyə onlar var? Niyə onlar gündəmdədir? Amma onların da olmasına normal baxıram. Çünki camaat onları görüb, yaxşı ilə pisi ayıra bilməlidir”.

Bağırov həmçinin, Azərbaycandakı musiqi qruplarının tez dağılmasından və prodüserlik etdiyi “A-Trio” qrupundan da söhbət açıb:

“Heç bir qrup axıra kimi bir yerdə qalmır. Yəni qrupların təməli düzgün qoyulmur. Müqavilə imzalanmalıdır: 5-10 il. Prodüserliyi düzgün etmək lazımdır. Mən əsl prodüser olmuşam. Qrupa sərmayə yatırırdım. Vaxtı ilə “A-Trio” qrupu oxuyanda Ülviyyə Könül ilə Fuad Əlişov onlara klip çəkib. Kimlər ki, Xalq artistləri Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşovaya klip çəkirdilər. Mən də bu qrupa belə sərmayə qoymuşdum”.