Musiqi
Musiqi

Noa Kireldən Polşa ilə bağlı qalmaqallı sözlər

Noa Kireldən Polşa ilə bağlı qalmaqallı sözlər

İsraili bu il Avroviziya mahnı müsabiqəsində uğurla təmsil edən Noa Kirelin Polşa ilə bağlı açıqlaması qalmaqala səbəb olub.

OLAY yazır ki, sənətçinin Polşa münsiflər heyəti tərəfindən 12 xal  aldıqdan sonra “Demək olar ki, bütün ailəm Holokostda öldürüldükdən sonra Polşadan 12 xal almaq əsl qələbədir”,- deməsi ölkədə sərt reaksiyalarla üzləşib.

Hətta ölkənin xarici işlər nazirinin müavini Pavel Yablonski məsələyə münasibət bildirib. O, sözlərinə belə davam edib: “Nuanın niyə belə düşündüyünü anlamaq və bunun bizim üçün nə üçün ağrılı olduğunu izah etmək üçün sizi Polşaya dəvət edəcəyik”.

Kanal 12 News-a danışan Noa Kirel günlərdir davam edən müzakirələrə cavab verib.

“Polşa mənə 12 xal verəndə dedim ki, bu mənim üçün qələbədir, çünki Holokost zamanı ailəmin başına gələnlər Polşa torpağında baş verib. Mən buranın Polşa torpağında olduğunu nəzərdə tuturdum. Hadisələr bir növ kontekstdən çıxarılır. Bilirsinizmi bilmirəm, amma mən Polşada çoxlu kliplər çəkdirmişəm, “Unicorn”da orda lentə alınıb. 

Polşa ilə mən həqiqətən bir sevgi hekayəsindəyik. Mən xarici işlər naziri ilə görüşəcəyəm, danışacağıq və o, vəziyyəti başa düşəcək. Mən Polşada çəkilişləri davam etdirəcəyəm və əminəm ki, hər şey yaxşı olacaq”.

 Qeyd edək ki, Holokost (Yəhudi soyqırımı)  — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.