Musiqi
Musiqi

“The Beatles”ın üzvü vəfat etdi

“The Beatles”ın üzvü vəfat etdi

Britaniyanın kult, “The Beatles” qrupunun ilk bas ifaçılarından biri Çes Nyubi 81 yaşında vəfat edib.

OLAY yazır ki, musiqiçinin ölüm səbəbi açıqlanmayıb.

“O, “The Beatles”lə birgə bir neçə şouda çıxış edib. Maraqlıdır ki, o, həm də qrupun ilk solaxay bas ifaçısı olub”, deyə, “Cavern” klubunun nümayəndələri bildiriblər.

Qeyd edək ki, sənətçi qrupun yarandığı ilk illərdə Beatles-a qoşulmuşdu, lakin qısa zamanda təhsil üçün qrupdan ayrılıb. Sonra onun “The Beatles”dəki yerini Pol Makkartni tutub. Nyubi özü jurnalistlərə etiraf etmişdi ki, əfsanəvi kvartetdən ayrıldığına heç vaxt peşman olmayıb.