Fotosessiya
Fotosessiya

Kendalla Cici kamera qarşısında

Kendalla Cici kamera qarşısında

Dünyaca məşhur modellər Cici Hadid və Kendal Cenner “Vogue” jurnalının oktyabr buraxılışının üz qabığında yer alıblar.

OLAY yazır ki, bir vaxtlar “KenGi” kimi  adlandırılan ikili artıq 10 ildən çoxdur ki dostluqlarını davam etdirirlər. Cici müsahibədə onların bir-birinin yanında rahatlıq tapdığını, Kendall isə onların artıq dost yox, bacı olduqlarını qeyd edib. 

Fotosessiya üçün ulduzlar uşaqlıqdan sevdikləri atçılıq maraqlarına görə Vayominqdə yerləşən bir atçılıq mərkəzinə yollanıblar. Onlar həm karyeralarının başlanğıcından, həm də yeni yaradıcılıq planlarından - Cicinin aktrisalıq, Kendalın isə interyer dizayn maraqlarından danışıblar.