Musiqi
Musiqi

Artıq oriental oynamayacaq

Artıq oriental oynamayacaq

Türkiyənin məşhur rəqqasəsi Didem Kınalı peşəsindən ayrıldığını açıqlayıb.

OLAY yazır ki, o, KİV-ə açıqlamasında artıq rəqqasə olmayacağını, musiqiyə maraq göstərdiyini bildirib. Didem  söz və musiqisi Yıldız Tilbeyə məxsus “Salla gitsin” mahnısını təqdim etdikdən sonra müğənni kimi fəaliyyətə başladığını qeyd edib.

Qeyd edək ki, Didem türk və ərəb dünyasında oriental rəqsləri ilə məşhurdur. O, Türkiyənin musiqi imperatoru İbrahim Tatlıses tərəfindən kəşf edilmiş, ictimaiyyətə təqdim olunmuşdu.