Musiqi
Musiqi

Jah Khalibin konsert biletlərinin pulu geri qaytarılmır

Jah Khalibin konsert biletlərinin pulu geri qaytarılmır

Jah Khalib kimi tanınan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun pərəstişkarları Moskva və Sankt-Peterburqda ləğv edilmiş konsertlərinin pulunu geri ala bilmirlər.

OLAY yazır ki, konsertə bilet alan şəxslər şablon sözlərlə aldadıldıqlarını bildirirlər.

“Dinləyicilərə qarşı belə münasibətlə üzləşmək çox üzücüdür. Artıq bir aydır ki, pulun geri qaytarılmasını gözləyirik”, - deyə, kədərlənən fanatlar söyləyib.

Qeyd edək ki, sənətçinin aprelin 25-nə planlaşdırılan konsert təxirə salınıb. Həmçinin, sənətçinin aprelin 23-də Moskvadakı “Crocus City Hall”da baş tutması planlaşdırılan konserti də olmayıb. 

Bundan əvvəl Dövlət Dumasının təhsil komitəsi rəhbərinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa müraciət edərək Jah Khalibin konsertlərinin Ukrayna Silahlı Qüvvələrinə dəstək verdiyinə görə qadağan edilməsini tələb edib.

Deputat bildirib ki, reper İnstaqramda Kiyevə gəldiyini yazıb. O, sığınacaqlara baş çəkdiyini paylaşıb və ukraynalılara heyran olduğunu söyləyib.

Onu da bildirək ki, indi reperi yalnız Rusiyada da keçirilə özəl şənliklərdə dinləyə bilərsiniz. Onun çıxış qiyməti təxminən 4 milyon rubl təşkil edir. Belə vəsaiti olmayanlar onun konsertlərini başqa ölkələrdə axtarmalı olacaqlar: Türkiyədə, Azərbaycanda, Özbəkistanda...