Jah Khalib kimi tanınan hip-hop ifaçısı Bəxtiyar Məmmədovun Sankt-Peterburqdakı konserti ləğv edilib.
OLAY “Regnum”a istinadən yazır ki, bu barədə konsertin keçiriləcəyi “M-1 Arena” rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 25-nə planlaşdırılan konsert təxirə salınıb. Həmçinin, sənətçinin aprelin 23-də Moskvadakı “Crocus City Hall”da baş tutması planlaşdırılan konserti də olmayacaq. Bu barədə məkanının baş direktoru Roman Qraçov məlumat verib.
Bundan əvvəl Dövlət Dumasının təhsil komitəsi rəhbərinin birinci müavini Yana Lantratova Moskva merinə, Sankt-Peterburq qubernatoruna və Baş Prokurorluğa müraciət edərək Jah Khalibin konsertlərinin Ukrayna Silahlı Qüvvələrinə dəstək verdiyinə görə qadağan edilməsini tələb edib.
Deputat bildirib ki, reper İnstaqramda Kiyevə gəldiyini yazıb. O, sığınacaqlara baş çəkdiyini paylaşıb və ukraynalılara heyran olduğunu söyləyib.