Mayın 28-də Özbəkistanın paytaxtı Daşkənddə Ukraynanın Xalq artisti Ani Lorakın konserti olacaq.
OLAY yazır ki, müğənni Rusiyanın bir sıra şəhərlərində konsertləri ləğv edildikdən sonra baş tutacaq. Sənətçinin bundan əvvəl Rostov vilayəti, Voronej və Rusiyanın bir sıra digər şəhərlərində konsertləri ləğv edilib.
Krasnodar meri Yevgeni Naumov xüsusi əməliyyatla bağlı Ani Lorakın mövqeyini pisləyib. O, Lorakın aldığı pulun Ukrayna Silahlı Qüvvələrinin dəstəklənməsinə sərf olunacağından qorxduğunu dilə gətirib.