Musiqi
Musiqi

Konsertində gərgin anlar yaşandı

Konsertində gərgin anlar yaşandı

Dünyaca məşhur müğənni Teylor Svift bir qadın fanatına bilet hədiyyə edib.

OLAY yazır ki, buna səbəb mühafizəçisinin həmin qadına kobud davranmasıdır. 

Belə ki, Teylorun konserti zamanı mühafizəçi qadını aqressiv formada itələyib. Sənətçi səhnədə ifa edən zaman cangüdəninə acıqlanıb və "O, yaxşıdır. Heç nə etmir. Dayan" - deyə, səslənib. 

Bundan sonra sözügedən qadın sosial şəbəkə hesabında video paylaşıb. Onun sözlərinə görə, T.Svift növbəti konserti üçün qadına bilet hədiyyə edib.