Azərbaycanı ötən il “Avroviziya”da təmsil edən Nadir Rüstəmli gerçəkləşdirdiyi arzusu barədə paylaşım edib.
OLAY yazır ki, sənətçi İnstarqam hesabında İtaliyada yaşadığı anları izləyiciləri ilə bölüşüb:
“Deməli, haradasa 1-2 il əvvəl “Səs Azərbaycan” yarışmasındakı performanslarımdan birinin sonunu dublyaj edib “Thank you Europe! I love you Turin, I love you İtaly! Thank you” – deyə, səs montajı etmişdim. Bir neçə ay sonra İtaliyada, Turin şəhərində “Avroviziya” səhnəsində bu sözləri təkrarladım. Bəli, mən dediyimi etdim. Uşaqlığımdan bəri hər zaman etdiyim kimi yenə də özümə verdiyim sözü tutdum. Və tutmağa davam edəcəyəm!”.
Qeyd edək ki, Nadir müsabiqədə 106 balla 16-cı yeri tutmuşdu.