Xalq artisti Aygün Kazımova Murad Arifin 19 mayda gerçəkləşəcək solo konserti ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi tədbirin anonsunu paylaşaraq “Murad, bilet göndərirsən, yoxsa birbaşa səhnəyə gəlim? 19 may mən ordayam” şərhini yazıb.
Bəstəkar isə Kazımovanı cavabsız qoymayıb, “Siz olan yer səhnədir. Eksklüziv var” sözləri ilə paylaşım edib.
Sənətçilərin bir-birinə atmacaları onların konsert günü birlikdə yeni layihə təqdim edəcəyi barədə söz-söhbətə səbəb olub. Aygün Kazımovanın fanatları da bununla bağlı paylaşım edərək “Sürpriz var” şəklində şərhlər yazıblar.
Qeyd edək ki, M.Arif aylardır hazırlaşdığı konsertdə illərdir hit olan mahnılarını ifa edəcək. Heydər Əliyev Sarayında gerçəkləşən gecəyə ulduz axını olacaq.