Müğənni Damlanın prodüseri Şamil İbrahimov reper Paster (Pərviz Quluzadə) “Easy Job” mahnısındakı iddiaya münasibət bildirib.
OLAY-ın məlumatına görə, Şamil onların Pasterdən mahnı istədiklərini deyib:
“Bu qədər ağ yalan olmaz. Heç bizə pul təklif etməyib. Biz mahnı istəmişik. Bir neçə mahnı göndərilib. Damla xanım özünə uyğun bilmədiyi üçün oxumayıb. Arada pul söhbəti olmayıb. Paster niyə özünə şər atır? Bilmirəm. Kim yalan danışırsa, Allah ona lənət etsin”.
Pasterin model xanımı Natavan Əfəndiyeva Ş. İbrahimova cavab verib və onun yalan danışdığını söyləyib:
“Burada yalan danışırsız. Siz zəng edəndə mən studiyada idim. Biz niyə sizə mahnı göndərək? Axı Damla rap ifa etmir”.
Qeyd edək ki, sözügedən trekdə ““Feat” istədi Damla, dedim, 50 mindir, nəğddir”, - sözləri səsləndirilib.