Türk müğənni Ece Seçkin Avroviziya ilə bağlı arzusunu dilə gətirib.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkədə status paylaşıb. “Dünya ulduzluğunu istəmirəm. Amma mənim adım Ecedirsə, bir Avroviziya qalibiyyətini də mən gətirəcəyəm”, - deyə, Seçkin bildirib.
Qeyd edək ki, Türkiyə uzun illərdir sözügedən müsabiqəyə qatılmır. Onu da xatırladaq ki, daha əvvəl Edis Görgülü də Avroviziyayla bağlı paylaşım etmiş, getmək istədiyinə eyham vurmuşdu. Həmçinin o, ölkəmizdə sualları cavablandırarkən Azərbaycandan təklif gəlsə, müsabiqədə yarışacağını söyləmişdi.