Bu gün “Avroviziya” Mahnı Müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
OLAY yazır ki, Avstriya, Polşa və Ermənistan da daxil olmaqla 16 ölkə ikinci yarımfinal mərhələsində çıxış edəcəklər.
On altı ölkədən yalnız ən yaxşı 10 təmsilçi şənbə günü keçiriləcək möhtəşəm finala vəsiqə qazanacaq.
Gecənin aparıcıları Aleşa Dikson, Anna Uaddinqham və ukraynalı müğənni Culia Sanina olacaq.