Musiqi
Musiqi

Orxan Aynişanla duet oxudu

Orxan Aynişanla duet oxudu

Reper Orxan Zeynallı (AİD) influenser Aynişan Quliyeva ilə duet oxuyub.

OLAY yazır ki, sözləri Orxanın özünə, musiqisi Clavisə məxsus “İllər sonra” adlı mahnı yutub və digər platformalarda paylaşılıb.

Rejissorluğunu İman İmanovun öhdəsinə götürdüyü klipdə aparıcılar İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli , aktyorlar Elməddin Cəfərov, Azər Aydəmir, Taleh Yüzbəyov, Əlixan Rəcəbov, blogerlər Nigar Quliyeva (snigarochkaa), Günel Rəhimova (Gunnerahim) rol alıb.  

Orxan və Aynişanla yanaşı layihədə yer alan digər məşhurların da həm uşaqlıq, həm gənclik, həm də televiziyadakı ilk işlərindən görüntülər əks olunub.

Klip Orxanın ötən il vəfat edən atası, tanınmış jurnalist Araz Zeynalovla fotosu ilə yekunlaşıb.