Musiqi
Musiqi

Heç yerdə olmayan kadrlar paylaşdı

Heç yerdə olmayan kadrlar paylaşdı

Gənc müğənni Nuran ilk klipinin çəkilişindən görüntülər paylaşıb.

OLAY yazır ki, sənətçi ona dəstək olan hər kəsə, başda iş xanımı Ruhiyyə Əliyeva və “Liatris Holding” komandasına təşəkkür edib:

“Böyük komandamın kiçik hissəsi... Əziyyəti olan hər bir yaradıcı insana təşəkkür edirəm. Başda Ruhiyyə Əliyeva və “Liatris Holding” kollektivinə...Bildiyiniz kimi, klipimiz Türkiyədə çəkilmişdi və oradan qalan kiçik xatirələri sizinlə bölüşürəm.  Bütün işlərimdə məni qarşılıq gözləmədən dəstəkləyən dostlarıma  təşəkkür edirəm!  Bu  klip və mahnı sadəcə tanışlıqdır.

Əminəm ki, görəcəyimiz işlər öz tamaşaçısını tapacaq! Ürəkli insanlara eşq olsun”.

Qeyd edək ki, “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın dəstəyi ilə sənətə ilk addımı atan Nuran ötən ay “Şıkı-şıkı baba” adlı mahnısına çəkilən klipi təqdim edib