Musiqi
Musiqi

Fanatları ilə vidalaşacaqlar

Fanatları ilə vidalaşacaqlar

Dünyaca məşhur rok qrupu “Aerosmith” bu ilin sentyabrında vida turu edəcək.

OLAY yazır ki, bu barədə qrup Tvitterdə məlumat paylaşıb. 

Paylaşımda deyilir: “50 ildən sonra 10 dünya turu, 100 milyondan çox pərəstişkar üçün çıxışlar... Son təkan üçün vaxt gəldi!”.

“Peace out” adlanan vida turu bu ilin sentyabrında Amerikanın Filadelfiya şəhərində başlayacaq, 2024-cü ilin yanvarın 26-da Kanadanın Monreal şəhərində yekunlaşacaq.