“3 notluq musiqiləri qısnayaraq, onlarla məzələnə-məzələnə indi gəlib çatmışıq 1 notluq treklərin dövrünə”.
OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni Murad Arif sosial media hesabında yazıb.
“Artıq nə harmoniya, lad zənginliyi, nə musiqinin zili-bəmi, nə vokalın texnikası, melizmləri, bunlardan əsər-əlamət yoxdur. Dünya trendləri bunu istəmir. Yalnız bit, yalnız ritm və sözlər... 99%-i də reperlərin əl işidir. Yaxşı edirlər.
Amma, kantasını fortepianoda, gitarada, saksofonda çala bilmədinsə, akapellası isə şer, söhbət eləmək kimi səslənirsə, bu musiqidirmi? Trek deyək, parça deyək... Nə bilim...”, - deyə, sənətçi bildirib.