Avropa Yayım Birliyinin (EBU) bu il 7 may tarixinə qədər məşqlərin mediaya qapalı olması ilə bağlı qərara 8 ölkə etiraz edib.
OLAY yazır ki, bu qərarın ardından içərisində Azərbaycan da daxil olmaqla, daha 7 ölkə - Malta, Latviya, Polşa, Portuqaliya, San Marino, İsveçrə və Çexiya nümayəndə heyətinin EBU-ya tələb məktubu göndərib.
Məktubda məşqlərin mediyaya birinci yarımfinaldan bir gün əvvəl açılacağı, ona görə də bu qərarın birinci yarımfinalda yarışan ölkələr üçün ədalətli olmadığı, qərarın yenidən gözdən keçirilməsi tələb olunub. EBU-dan məktublara cavab verilib:
“Media mərkəzini açıq tutmaq böyük bir maliyyə tələb edir. Bundan başqa biz media mərkəzini açsaq, o zaman jurnalistlər Liverpula ancaq Avroviziya həftəsində gələcək ki, biz bunu istəmirik. O cümlədən media mərkəzinin bağlı tutulması müğənniləri mənfi şərhlərdən qoruyacaq və bu çıxışlarına təsir göstərməyəcək”.
Məşqlər 7 may tarixinə qədər mediyaya bağlı olasa da, EBU məşqlərdən şəkillər və videolar yayımlayacaq.