Musiqi
Musiqi

İbrahim Tatlısesin evi yandı!

İbrahim Tatlısesin evi yandı!

Məşhur müğənni İbrahim Tatlısesin İzmirdəki evi yanıb.

OLAY yazır ki, sözügedən şəhərdəki məşhur və lüks binalardan birində yanğın çıxıb.

Tatlısesin uzun müddət yaşadığı mənzil zərər görüb. Əvvəlcə ifaçının evdə olduğu düşünülsə də, o, instaqramda açıqlama yayıb və İzmirdə olmadığını söyləyib:

“Təyyarəyə bilet olmadığı üçün gedə bilmədim. Ümid edirəm can itkisi olmaz. Cana gələn, mala gəlsin”, - deyə, sənətçi bildirib.