Musiqi
Musiqi

İki dəfə səhnəyə çıxdı, 4,5 milyon qazandı

İki dəfə səhnəyə çıxdı, 4,5 milyon qazandı

Türkiyənin məşhur müğənni Gülşen Ramazan bayramında verdiyi konsertlərdən əldə etdiyi qonorarın miqdarı açıqlanıb.

OLAY yazır ki, pop ulduz Şimali Kiprdə iki dəfə səhnəyə çıxmağa qarşılığında 4, 5 milyon TL ödəniş alıb.

Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib. Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib.

Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunmuşdu.