“İnsanın gərək sümüyü ac olmasın. Sanbal, səviyyə və gözütoxluq nəsildən, kökdən, gendən gəlir. Söhbət madiyyatdan getmir. Mənəvi ac insanlardan danışıram ki, yüz qızıla, brilyanta qərq elə, ağzını açanda ürəyin bulanır”.
OLAY yazır ki, bu sözləri aktrisa Ülviyyə Xəlilbəyli instaqram hesabında yazıb. O, sözlərinin ünvanlı olmadığını xatırladıb:
“Ürəyi, gözütox olanın heç cür “qudur”da bilməzsiniz, unutmayın! Ünvanlı deyil. Düşüncələrimdir. Sonra ətrafımdakı qaraqəlblilər üzərinə götürüb, saxta hesablardan hücuma keçməsin”.