“Özümü yaxşı bir imtahana salmışam. Bu, mənim üçün bir imtahandır”.
OLAY yazır ki, bu sözləri news24-ə müsahibəsində bəstəkar-müğənni Muraf Arif deyib.
“Dəli kimi hazırlaşıram. Coşqulu, partlayışlı, yaşamalı bir axşam olacaq. Bütün Muraf ilklərini o səhifəyə daşımaq istəyirəm. İki saat canlı konsert olacaq”, - deyə, Murad bildirib.
Qeyd edək ki, sənətçi 19 mayda Heydər Əliyev sarayında konsert verəcək.