Ukraynaya ilk dəfə Avroviziyada birincilik gətirən Ruslana müsabiqənin builki finalına dəvət edilməməsinə rəsmi cavab gəlib.
OLAY yazır ki, ölkənin “UA:PBC” ictimai kanalı sənətçinin final gecəsində yer alacağını bildirib.
Qeyd edək ki, ötən il müsabiqənin qalibi Ukrayna olsa da, müharibə şəraiti davam etdiyi üçün yarışa Böyük Britaniya ev sahibliyi edir.
Yarışmada ölkə sənətçilərinin adları açıqlanıb, lakin siyahıda Ruslananın adına rast gəlinməyib.
Sənətçi bunu hörmətsizlik kimi qəbul edərək sosial şəbəkədə etirazını bildirib.