Əməkdar artist Svetlana Loboda rus dilində olan mahnılarını Ukrayna dilinə çevirməyin çox axmaqlıq olduğunu bildirib.
OLAY yazır ki, müğənni bu barədə Deutsche Welle-yə müsahibəsində danışıb.
O, əvvəllər oxuduğu mahnılardan imtina edə bilməyəcəyini qeyd edib. Bundan əlavə, Loboda pərəstişkarlarına xəyanət edə bilməyəcəyinə işarə edib.
“Mən onları (mahnıları- red) Ukrayna dilinə tərcümə edə bilmirəm. Düşünürəm ki, bu tamamilə axmaq və səhvdir”.
Pop ulduz təkcə Ukraynada deyil, həm də çoxunun rus dilində danışdığı keçmiş SSRİ ölkələrində populyarlıq qazandığını bildirib. Onun sözlərinə görə, Ukraynada olarkən və öz ölkəsinin mediasına müsahibə verərkən ukraynaca danışmağa üstünlük verir.