Musiqi
Musiqi

Gülşen aylar sonra səhnədə

Gülşen aylar sonra səhnədə

Türkiyəli müğənni Gülşən aylar sonra Ramazan bayramı münasibətilə İstanbulda konsert proqramında çıxış edib.

OLAY yazır ki, sosial mediada sözügedən səhnədən görüntülər paylaşılıb.

Müğənni sadə qara donu ilə sevənlərinin qarşısına çıxıb. İzləyicilər onun bu tərzini dünya ulduzu Mayli Sayrusa bənzədiblər.

Qeyd edək ki, konsertlərindən birində müğənni musiqiçisini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, - deyə, zarafat edib. Gülşenin bu sözləri həmin liseyi oxuyanları və məzunlarını, həmçinin, dindarları qəzəbləndirib. Tvitterdə #gulsentutuklansın həşteqi ilə yüzlərlə paylaşım edilib. Səhəri gün isə müğənni həbs olunmuşdu.