BTS musiqi qrupunun üzvü J-Hope da əsgər gedir.
OLAY yazır ki, bu barədə 29 yaşlı müğənni özü məlumat verib: “Bugün əsgər gedirəm və sizi çox sevirəm! Sağ-salamat qayıdacam”.
Milyonlarla sevəni olan sözügedən qrup bu səbəbdən bir müddət səhnə almayacaq. Qrupun pərəstişkarları mövcud vəziyyətə görə, minlərlə şərh yazaraq kədərlərini dilə gətirib.
Qeyd edək ki, Cənubi Koreyada 2020- ci ildən etibarən məhşur qrup üzvlərinin məcburi hərbi xidmətdə iştirak etmək üçün yaşı 30-a qədər uzadılıb.