Müğənni Lətifə Soyuöz biznes qurub. OLAY yazır ki, sənətçi kosmetik brendini yaratdığını açıqlayıb:
“İki ildir bunun üçün dünyanın ən yaxşı kimyaçıları və işin peşəkarları ilə çalışıram. Saç və dəri baxım setimiz özəl məhsullardan ibarətdir. İlk özüm istifadə etmişəm.
Özümə nəyi layiq görürəmsə, onu da xanımlara tövsiyyə edirəm. Mənim bu işim tək Azərbaycanda yox, bütün dünyada tanınacaq. Bunu minlərlə qadın üzərində test etdik, hər biri öz məmnuniyyətini dilə gətirdi”.