Avroviziyada Fransanı “Évidemment” mahnısı ilə təmsil edəcək La Zarra müsabiqəyə qədər bütün tanıtım turlarını ləğv edərək geri çəkilib.
OLAY yazır ki, şənbə günü axşam Amsterdamda keçirilən Avroviziya partisində sənətçi son anda qərar verərək səhnəyə çıxmayıb. Fransa nümayəndə heyəti “şəxsi problemlər” səbəbindən çıxış etməyəcəyini açıqlayıb. Onun ertəsi gün Londonda baş tutan konsertdə yer almayacağı vurğulanıb.
La Zarra sosial media hesabından açıqlama verib:
“Dünən gecədən bəri bütün sevgi və dəstək mesajlarınıza görə sizə bütün qəlbimlə təşəkkür etmək istəyirəm. Hamınızla olmaq istərdim, amma bəzən həyat başqa cür qərar verir”.
Fransa nümayəndə heyəti qeyd edib ki, La Zarranın yarışmadan çəkilməsindən söhbət gedə bilməz.