Dreyk səhnə adı ilə dünyada populyar olan repçi Obri Dreyk Qrem “Qremmi” musiqi mükafatının nominasiyalarından imtina edib.
Belə ki, Drake bu il 64-cü dəfə veriləcək tədbirdə “Certified Lover Boy! üçün ən yaxşı rep albomu və “Future and Young Thug”ın yer aldığı ifa “Way 2 Sexy” mahnısı üçün ən yaxşı rep performansı nominasiyasına namizəd olub.
OLAY yazır ki, namizədlər elan edildikdən sonra Dreyk “Qremmi”ni ayrı-seçkilikdə günahlandırıb və mükafatlardan geri çəkilib.