Musiqi
Musiqi

Uzun illər sonra klip çəkdirdi

Uzun illər sonra klip çəkdirdi

Xalq artisti Nazpəri Dostəliyeva yeni layihələrə başlayır.

OLAY yazır ki, məşhur müğənni bu barədə instaqramda məlumat verib. O, klip çəkilişindən foto paylaşaraq bunları yazıb:

“Uzun ayrılıqdan sonra sizi ürəkdən salamlayıram. Əzizlərim, mən inanıram ki, bu gündən mənim səhnə fəaliyyətimin davamına sevinəcəksiniz. Nə edəcəyəmsə, sizlər üçün edəcəm. İlk işimi sizə təqdim edirəm”.

Qeyd edək ki, son iki ildə Xalq artistinin əvvəl oğlu, daha sonra isə bacısı dünyasını dəyişib.