Ukraynanın dövlət kanalı UA:PBC Avroviziyanın iki yarımfinalında çıxış edəcək müğənniləri açıqlayıb.
OLAY sözügedən siyahını təqdim edir:
İlk yarımfinal
2023-cü ilin Avroviziya aparıcılarından biri olan Julia Sanina ilk yarımfinalını “Mayak” mahnısı ilə açacaq. Səsvermə başlayandan sonra Rita Ora hit mahnılarını və yeni musiqisini ifa edəcək.
2010-cu il Ukrayna təmsilçisi Alyoşa, Rebecca Ferguson ilə Duran Duranın “Ordinary World”ü duet şəklində səsləndirəcək.
İkinci yarımfinal
2014-cü il Ukrayna təmsilçisi Mariya Yaremçuk ikinci yarımfinalı Ukraynanın məşhur musiqi əsərlərindən ibarət popuri ilə açacaq.
Mariyaya Uşaq- Avroviziyasında Ukraynanı təmsil edən Zlata Dziunka və OTOY müşayiət edəcək. Üç görkəmli drag artisti “Be Who You Want To Be” mahnısını ifa edəcək.